Proqnozlu mətn daxiletmə
Daxilə yerləşdirilmiş lüğət rəqəm düymələrini basdıqda sözlər təklif edir. Siz lüğətə öz
sözlərinizi də əlavə edə bilərsiniz.
Söz yazmaq
Rəqəm düymələrini basın (2-9). Hər bir hərf üçün hər düyməni bir dəfə basın.
Sözü təsdiq etmək
Kursoru irəli aparın və ya boşluq daxil etmək üçün 0 basın.
Düzgün sözü seçmək
Təklif olunan söz düzgün deyilsə, davamlı olaraq * düyməsini basın və siyahıdan arzu
olunan sözü seçin.
Lüğətə söz əlavə etmək
Sözdən sonra ? göstərilərsə, yazmaq istədiyiniz söz lüğətdə yoxdur. Lüğətə söz əlavə
etmək üçün
Hərfbəh.
seçin. Ənənəvi mətn daxiletmədən istifadə edərək sözü daxil edin
və
Ya. saxla
seçin.
Mürəkkəb söz yazmaq
Sözün ilk hissəsini yazın və onu təsdiq etmək üçün kursoru irəli aparın. Sözün ikinci
hissəsini yazın və yenidən təsdiq edin.