Şəkli yaxud digər məzmunu digər bir cihaza göndərmək
Vizitkaları, təqvim qeydlərini, şəkilləri, videoları və yaratdığınız digər məzmunu
kompüterinizə və həmçinin dostunuzun uyğun cihazlarına göndərmək üçün Bluetooth-
dan istifadə edin.
1 Göndərmək istədiyiniz elementi seçin.
2
Seçimlər
>
Göndər
>
Bluetooth ilə
seçin.
3 Qoşulma üçün cihazı seçin. Əgər istədiyiniz cihaz göstərilməyibsə, onu axtarmaq
üçün
Yeni axtarış
seçin. Əhatə dairəsində olan Bluetooth cihazları göstərilir.
4 Əgər digər cihaz keçid kodunu tələb edirsə, onu daxil edin. Özünüz təyin edə
biləcəyiniz keçid kodu hər iki cihazda daxil olunmalıdır. Bəzi cihazlarda keçid kodu
sabitdir. Ətraflı məlumat üçün cihazın istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.